Qasparyan Gerasimovla görüşdü - FOTO
Bizi izləyin

Region

Qasparyan Gerasimovla görüşdü - FOTO

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan rusiyalı həmkarı Valeri Gerasimovla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat dərc edilib.

Xəbərə görə, görüşdə Moskva ilə İrəvan arasındakı hərbi münasibətlər müzakirə olunub. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan Rusiya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiklərini vurğulayıb.

O, həmçinin, Rusiya ordusundan ölkəsinə koronavirusla mübarizə üçün göndərilmiş tibbi heyətin uğurlu işlər gördüyünü, buna görə təşəkkür etdiyini söyləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm