Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmə başlanır
Bizi izləyin

Region

Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmə başlanır

Rusiyada COVID-19-un risk qruplarına daxil vətəndaşların regional peyvəndlənməsi yaxın vaxtlarda başlayacaq.

Publika.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bu barədə bildirilib.

Qeyd edilib ki, xüsusi tətbiq vasitəsilə ilə yaxın gələcəkdə bölgələrdə peyvənd ediləcək yüksək risk qruplarından olan vətəndaşların vəziyyəti izləniləcək. Onların səhhəti haqqında məlumatlar federal məlumat sisteminə düşəcək.

Qeyd edək ki, Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanan "Sputnik V" koronavirus peyvəndi avqust ayında dövlət qeydiyyatına alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm