Türkiyə XİN-dən Makrona CAVAB: Hiyləgər planlarını puça çıxardıq
Bizi izləyin

Region

Türkiyə XİN-dən Makrona CAVAB: Hiyləgər planlarını puça çıxardıq

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun xarici siyasətdəki bütün hiyləgər planlarını puç edib.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə XİN-nin Makronun açıqlamalarına verdiyi cavabda bildirilir.

Nazirliyin verdiyi açıqlamada qeyd edilib ki, Fransa Prezidenti Makron təkrar köhnə müstəmləkə refleksləri ilə ucadan dərs keçməyə cəhd göstərir. Əslində, Makronun açıqlamaları öz bacarıqsızlığının və ümidsizliyinin təzahürüdür. Çünki bütün dünyada sərbəst at çapdıqları günlər bitmişdir. Xarici siyasətdəki bütün hiyləgər planlarını puça çıxardıq. Makron hörmətsiz bir şəkildə Türkiyəyə və Cənab Prezident Rəcəb Tayyib Ərdoğana hücum edir. Prezident Ərdoğan Avropada ən yüksək səs toplayaraq seçilən liderlərdən biridir. Cənab Prezident hər zaman gücünü Türk xalqından götürüb. Makronun Aralıq dənizindəki və ya başqa bir coğrafiyadakı hər hansı bir ölkənin dənizdibi ərazisini təyin etməsi həddi deyil. Fransa Yunanıstan və Kıbrıs Rum İdarəsinin kor-koranə vəkili rolunu oynamasın. Birtərəfli və təxribat xarakterli addımlar atmamalıdır. Dialoqdan tərəf olan mövqeyini ortaya qoymalıdır. Bu, həm də Avropalılığımızın və NATO müttəfiqliyimizin tələbidir.

Makronun fərdi və millətçi münasibəti ilə gərginliyi təşviq etdiyinə və Avropanın və Aİ-nin böyük maraqlarını riskə etdiyinə işarə edilən açıqlamada "Şərqi Aralıq dənizində sərhəddi belə olmayan Fransanın Türkiyənin bölgədəki tərəfdaşlığını, əməkdaşlığını və insani və təşəbbüskarlığını tənqid etməsi əsassızdır. Xalq arasındakı dəstəyi davamlı azalan Makronun qarşı-qarşıya olduğu bu vəziyyətini Fransız xalqının təqdirinə buraxırıq" deyilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm