Ölkənin milyardlarla dolları özünə verilmir - Ruhanidən SƏRT MESAJ
Bizi izləyin

Region

Ölkənin milyardlarla dolları özünə verilmir - Ruhanidən SƏRT MESAJ

Bəzi dost ölkələr banklarındakı İrana aid pulları ABŞ-ın təzyiqi səbəbilə ölkəyə vermir.

Publika.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Paytaxt Tehrandakı Koronavirusla Milli Mübarizə Təşkilatının toplantısından sonra danışan prezident bildirib ki, bir ölkənin qida, dərman və humanitar ləvazimatlar almaq üçün öz pulundan istifadə edə bilməməsi tarixdə bənzəri görülməyən pislikdir.

Ruhani pandemiya ilə mübarizədə istifadə üçün Beynəlxalq Valyuta Fondundan kredit tələb etdiklərini, tələbin qəbul edilməsinə rəğmən, pulu ala bilmədiklərini xatırladıb: “Pandemiya böhranında belə ən azından dərman embarqosunun ləğvini dillərinə gətirmədilər. ABŞ dərman və qida almaq üçün 5 milyard dollar borc almağımıza icazə vermədi”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm