Ruhanidən SƏRT XƏBƏRDARLIQ: Ərəb ölkələri buna görə məsuliyyət daşıyacaq
Bizi izləyin

Region

Ruhanidən SƏRT XƏBƏRDARLIQ: Ərəb ölkələri buna görə məsuliyyət daşıyacaq

İran Prezidenti Həsən Ruhani İsrail ilə münasibətlərini normallaşdıran Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ərəb ölkələrinin Təl-Əviv rəhbərliyinə baza ayırmağı planlaşdırdıqlarını, ancaq bölgədəki mümkün mənfi nəticələrə görə bu ölkələrin tamamilə məsuliyyət daşıyacaqlarını bildirib.

Publika.az xəbər verir ki, Ruhani ABŞ dövlət katibi Mayk Pompeonun BMT-nin sanksiyalarının bazar günündən etibarən yenidən tətbiq ediləcəyi ilə bağlı açıqlamasının keçərli olmadığını söyləyib.

"Dünyada yalnız iki, ya da üç ölkə ABŞ-ı dəstəkləyir. Bunlar İsrail və bir neçə kiçik ölkədir. İran xalqının qələbəsini əvvəlcədən təbrik edirəm. Nüvə anlaşmasının Avropa tərəfləri də ABŞ-a qarşı oldu və İran o ölkə üzərində böyük zəfər qazandı", - Ruhani qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm