Zərifdən ABŞ AÇIQLAMASI - Hədəflərinə çatmaq üçün propaqanda aparırlar
Bizi izləyin

Region

Zərifdən ABŞ AÇIQLAMASI - Hədəflərinə çatmaq üçün propaqanda aparırlar

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonun bu gündən etibarən ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı propaqanda apardığını söyləyib.

Publika.az xəbər verir ki, Zərif ABŞ-ın İrana silah embarqosu qoyacağını da bildirib.

ABŞ İrana qarşı beynəlxalq ictimai rəydə bir konsensus təmin edə bilməməsi səbəbindən Mübahisələrin Həlli Mexanizmindən istifadə edərək təzyiq göstərməyə çalışır. Amerikalılar hədəflərinə çatmaq üçün propaqanda aparırlar. M.Pompeo 2231 saylı qərarı oxuyarsa, orada Mübahisələrin Həlli Mexanizminin olmadığını görəcəkdir. ABŞ zorakılıq nümayiş etdirərək İrana silah satanlara qarşı sanksiya tətbiq edəcəyini söyləyib. ABŞ adət etdiyi kimi yenidən zorakılığa əl ata bilər və biz başqa dövlətləri bizimlə hərəkət etməyə məcbur edə bilmərik. Ancaq beynəlxalq ictimaiyyət bu zorakılığa necə reaksiya göstərəcəyinə qərar verməlidir", - M.C.Zərif qeyd edib.

Qeyd edək ki, ABŞ 1945-ci ildən bu yana İrana 120 dəfə sanksiya tətbiq edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm