Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi
Bizi izləyin

Region

Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlarını qoruyan vəkillər Yunanıstanın "Demokratiya" qəzetini onun haqqında məqaləyə təhqiredici başlıq qoyduqlarına görə məhkəməyə veriblər.

Publika.az "Yeni Safak"a istinadla xəbər verir ki, məhkəməyə təqdim olunan iddia ərizəsində bildirilir:

"Qəzetdə prezidentimizə qarşı istifadə edilən ifadələr mənəviyyatın ən iyrənc şəkildə enməsini nümayiş etdirir. Yunan cəmiyyətinin susqunluğuna baxsanız, bu enişin onun marginal təbəqələrinin hüdudlarından kənara çıxdığı aydın olur".

Həmçinin qeyd olunur ki, təhqir – digər sözləri tapmayanların dilidir və haqqında danışılan yox, onu səsləndirənlərin özü üçün rüsvayçılıqdır.

Qeyd edək ki, sentyabrın 18-də Yunanıstanın "Demokratiya" qəzeti ilk sərlövhəsində türk dilində Ərdoğana müraciət yer alıb. Türk dilini bilməyən oxucular üçün isə redaksiya aşağı hissədə sözün ingiliscə tərcüməsini verib.

Cümə günü Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, məqalə ilə bağlı Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos Deamessis XİN-ə çağırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm