Türkiyə bayrağını endirmək istəyirdi, polis zorla xalqın əlindən aldı - FOTO
Bizi izləyin

Region

Türkiyə bayrağını endirmək istəyirdi, polis zorla xalqın əlindən aldı - FOTO

Şanlıurfa vilayətinin Birecik qəsəbəsində adı açıqlanmayan bir şəxs şəhidlərin xatirəsinə inşa edilmiş parkda Türkiyə bayrağını endirməyə çalışarkən vətəndaşlar tərəfindən döyülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Birecik qəsəbəsində adı açıqlanmayan bir şəxs parkda olan ən böyük bayrağı endirməyə çalışıb.

Hadisəni fərq edən vətəndaşlar polisə məlumat verib. Hadisə yerindən qaçmağa çalışan şəxs polis tərəfindən yaxalanıb.

Olay yerinə toplanan xeyli sayda vətəndaş bayrağı endirməyə çalışan şəxsi linc etmək istəyib. Qəzəbli kütlənin qarşısını almaq üçün polis barikada qurub. Barikdanı aşan bəzi vətəndaşlar bayrağı endirmək istəyən şəxsi döymək istəyiblər.

Polis qrupları izdihamı dayandırmaq üçün havaya atəş açıb. Zirehli maşına mindirilən şəxs polis bölməsinə aparılıb.

Hadisəylə bağlı araşdırma başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm