Türkiyədə daha 1 665 nəfər virusa yoluxdu
Bizi izləyin

Region

Türkiyədə daha 1 665 nəfər virusa yoluxdu

Türkiyədə son sutka ərzində 1 665 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 73 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 7 858, yoluxanlar isə 311 min 455 nəfərə çatıb.

Türkiyədə indiyədək 273 min 282 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm