Sinan Oğan: “Paşinyanın beynini arvadı doldurub”
Bizi izləyin

Region

Sinan Oğan: “Paşinyanın beynini arvadı doldurub”

TÜRKSAM rəhbəri Sinan Oğan Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara özünəməxsus reaksiya verib.

Publika.az xəbər verir ki, bu barədə TÜRKSAM rəhbəri “Twitter” hesabında yazıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın beynini çox pis doldurublar. Rusiya ilə yanaşı Paşinyanın beynini dolduranlardan biri də müharibəni “Instagram pozu” zənn edən, mülki şəxslərdən 100 min nəfərlik ordu quracağını söyləyən, hərbi geyim və silahlarla poz verən arvadı Anna Akopyandır”, - deyə Sinan Oğan bildirib.

Qeyd edək ki, Sinan Oğanın paylaşımına türkiyəli “Twitter” istifadəçiləri böyük maraq göstərib. Azərbaycan xalqına və ordumuza çoxsaylı dəstək mesajları yazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm