Fahrettin Koca: "Qardaş Azərbaycanın yanındayıq"
Bizi izləyin

Region

Fahrettin Koca: "Qardaş Azərbaycanın yanındayıq"

Qanuni cavab vermək üçün hərəkətə keçən qardaş Azərbaycanın yanındayıq.

Publika.az əbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Səhiyyə naziri Fahrettin Koca təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.

Nazir bildirib: “Ermənistan Azərbaycana xaincə hücum etdi. Ağır bombardmanlar nəticəsində dinc əhali arasında çox sayda yaralı və həlak olanlar var. Dövlətçilik ləyaqəti və insan dəyərlərinə uyğun olmayan bu hücumu qınayırıq. Qanuni cavab üçün tədbir görən qardaş Azərbaycanın yanındayıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm