Türkiyədə virusdan ölənlərin sayı 8 mini ötdü
Bizi izləyin

Region

Türkiyədə virusdan ölənlərin sayı 8 mini ötdü

Türkiyədə son sutka ərzində 1 412 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 65 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 8 062, yoluxanlar isə 315 min 845 nəfərə çatıb.

Türkiyədə indiyədək 277 min 052 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm