Bu məsələnin yeganə həll yolu var - Çavuşoğludan Qarabağ açıqlaması
Bizi izləyin

Region

Bu məsələnin yeganə həll yolu var - Çavuşoğludan Qarabağ açıqlaması

“Bu problemin yeganə həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından geri çəkiləcək”.

Publika.az xəbər verir ki, bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində əldə olunan irəliləyişdən danışan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Ankaradakı Azərbaycan səfirliyini ziyarət edib. Ziyarətdən sonra danışan nazir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində BMT-nin qətnamələri ortadadır. Bütün bunlara rəğmən, bu günə qədər Minsk Qrupu üçlüsü və ümumilikdə, ATƏT konkret addımlar atmayıb: “Artıq bu problemin konkret şəkildə həllini istəyirik. Problemin sülh yolu ilə həlli üçün çox cəhdlər olundu. ATƏT başda olmaqla, bütün dünya Azərbaycanla Ermənistanı bərabər tutmamalıdır. Bu gün haqlı olaraq Gürcüstan və Ukraynanı dəstəkləyirik. Ancaq müzakirə mövzusu Azərbaycan olanda işğalçı Ermənistanla bir tutulur”.

M.Çavuşoğlu Türkiyə xalqının qardaş Azərbaycanın yanında olduğunu xatırladıb: “Artıq bu məsələni kökündən həll etmək istəyirik. Həll edək ki, Cənubi Qafqazda sülh və sabitlik olsun. Türkiyə diplomatiyası dünyanın hər yerində Azərbaycana dəstəyi davam etdirəcək. Xüsusilə, Azərbaycanın diplomatik təmsilçiliyinin olmadığı yerdə bizim nümayəndəliklərimiz Azərbaycan üçün çalışacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm