İran XİN TƏKZİB ETDİ: Heç vaxt icazə verməmişik
Bizi izləyin

Region

İran XİN TƏKZİB ETDİ: Heç vaxt icazə verməmişik

“İran öz sərhədlərindən malların keçməsini diqqətlə izləyir və heç vaxt silah və sursatın öz ərazisindən keçməsinə icazə verməyib”.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib və İran ərazisindən Ermənistana silah göndərilməsi haqqında xəbərləri təkzib edib.

Onun sözlərinə görə, İran və qonşu ölkələr arasında yüklərin və qeyri-hərbi malların daşınması adi rejimdə davam edir.

Xətibzadə vurğulayıb ki, bütün yüklər qeyri-hərbi əhəmiyyətlidir.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılıb. Materiallarda soydaşlarımız tərəfindən buna etiraz olaraq dünən gecə saatlarında daşınmanı həyata keçirən həmin yük avtomobillərinin yandırıldığı bildirilir.

Azərbaycan ictimaiyyəti də bu kimi halların qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyi prinsiplərinə zidd olduğu barədə fikirlər irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm