Virus Türkiyədə daha 67 can aldı
Bizi izləyin

Region

Virus Türkiyədə daha 67 can aldı

Türkiyədə son sutka ərzində 1 407 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 67 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 8 262, yoluxanlar isə 320 min 070 nəfərə çatıb.

Türkiyədə indiyədək 281 min 151 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm