“Ədəbsiz, həddinibilməz...” - Ərdoğan Makrona elə sözlər dedi ki...
Bizi izləyin

Region

“Ədəbsiz, həddinibilməz...” - Ərdoğan Makrona elə sözlər dedi ki...

Makronun müsəlmanların kompakt yaşadığı şəhərdə “İslam böhrandadır” sözləri hörmətsizlikdən əlavə, açıq təxribatdır.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarından danışarkən deyib.

“Ondan artıq bir istismarçı kimi davranmaq əvəzinə məsuliyyətli dövlət başçısı kimi hərəkət etməyini gözləyirik. Fransanın dövlət başçısı olaraq İslamın quruluşundan bəhs etməsi ədəbsizlikdir, həddinibilməzlikdir”, - Ərdoğan qeyd edib.

Prezident bildirib ki, bu gün bir çox Qərb ölkəsində irqçilik və İslama düşmənçilik birbaşa dövlət tərəfindən himayə olunur: “İrqçilik və İslama düşmənçiliklə üzləşmək yerinə hədəfi yayındıranlar ən böyük pisliyi öz cəmiyyətlərinə edirlər. Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin səriştəsizliklərini pərdələmək üçün istifadə etdikləri ən əhəmiyyətli vasitələrdən biri olub”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm