Türkiyə ordusu təhlükəli terrorçunu zərərsizləşdirdi - FOTO
Bizi izləyin

Region

Türkiyə ordusu təhlükəli terrorçunu zərərsizləşdirdi - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Milli Təhlükəsizlik Təşkilatının birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində beynəlxalq axtarışda olan təhlükəli terrorçu Mazlum Dəmir İraqın şimalındakı Gare bölgəsində məhv edilib.

Publika.az xəbər verir ki, “Jir” ləqəbli Mazlum Dəmir PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən olub. Bir sıra konkret terror aktlarına görə ittiham olunan terrorçu Türkiyə ərazisində terror həyata keçirmək üçün geniş hazırlıq işləri aparırmış.

Türkiyə Daxili İşlər Nazirliyi terrorçu M.Dəmirin ələ keçirilməsi üçün böyük məbləğdə vəsait ayırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm