Türkiyədə virusdan ölənlərin sayı ARTDI
Bizi izləyin

Region

Türkiyədə virusdan ölənlərin sayı ARTDI

Türkiyədə son sutka ərzində 1 632 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 62 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 8 957, yoluxanlar isə 338 min 779 nəfərə çatıb.

Türkiyədə indiyədək 296 min 972 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm