Şimali Kiprdə sabiq baş nazir PREZİDENT SEÇİLDİ - FOTO
Bizi izləyin

Region

Şimali Kiprdə sabiq baş nazir PREZİDENT SEÇİLDİ - FOTO

Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turu başa çatıb.

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələrə görə, ikinci turda hazırkı prezident Mustafa Akıncı ilə üz-üzə gələn sabiq baş nazir Ersin Tatar seçicilərin 51,74 %-nin səsini toplayaraq seçkilərin qalibi olub.

Qeyd edək ki, Ersin Tatar mərhum birinci prezident Rauf Denktaşın təsisçisi olduğu Milli Birlik Partiyasının sədridir. Millətçi mövqedən çıxış edən E.Tatar rəqibi M.Akıncıdan fərqli olaraq Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinin tərəfdarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm