• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Ermənilər Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ: NATO ilə bağlı qətnamə TƏQDİM EDİLDİ

  • Region
  • 19 Oktyabr 2020 11:18
  • 10 638 Baxış
Ermənilər Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ: NATO ilə bağlı qətnamə TƏQDİM EDİLDİ

ABŞ Konqresinin Nümayəndələr Palatasına Türkiyəni Şimali Atlantika Müqaviləsi İttifaqından (NATO) çıxarmaq üçün qərar layihəsi təqdim olunub.

Publika.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.

Bildirilib ki, qətnaməni ABŞ Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard təqdim edib.

Qətnamənin hazırlanmasına səbəb olaraq rəsmi Ankaranın Dağlıq Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycana dəstək nümayiş etdirdiyi göstərilir.

Qeyd edək ki, Türkiyə NATO-ya 1950-ci ilin may ayında üzvlük üçün müraciət edib. İkinci müraciət isə 1950-ci ilin avqustunda olub. 1951-ci il 15 sentyabrda Ottavada keçirilən NATO Nazirlər Şurası Türkiyə və Yunanıstanın qəbul edilməsinə qərar verib. Türkiyə Böyük Millət Məclisi 1952-ci il 18 fevral tarixində Şimali Atlantika Müqaviləsi və Protokolunu qəbul edib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR