• USD 1,7000 0,00% EUR 2,0603 +0,33%
    • GBP 2,2757 -0,27% RUB 0,0226 +0,88%

Yunanıstanın Türkiyə XOFU: Xidmət müddətini artırıldı

  • Region
  • 21 Oktyabr 2020 05:45
  • 1 170 Baxış
Yunanıstanın Türkiyə XOFU: Xidmət müddətini artırıldı

Yunanıstan Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda bu ölkəyə məxsus Silahlı Qüvvələrində xidmət müddətini artırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR