İran iddialara CAVAB VERDİ: maraqlı deyil
Bizi izləyin

Region

İran iddialara CAVAB VERDİ: maraqlı deyil

İran ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə maraqlı deyil və onun nəticələri ilə bağlı heç bir məsələyə üstünlük vermir.

Publika.az xəbər verir ki, bunu “ABC News”a açıqlamasında İranın BMT-dəki daimi nümayəndəliyinin sözçüsü Əlirza Miryusifi deyib.

Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff amerikalı seçicilərin qeydiyyatı barədə məlumatların İran və Rusiyanın əlinə keçdiyini bildirmişdi.

Onun sözlərinə görə, bu məlumatlar xarici fiqurlar tərəfindən şübhələr yaradacaq və Amerika demokratiyasına inamı sarsıdan yalan məlumatlar ötürmək üçün istifadə edilə bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm