Türkiyədən QARABAĞ MESAJI: 4 yeni silah sınaqdan çıxarıldı
Bizi izləyin

Region

Türkiyədən QARABAĞ MESAJI: 4 yeni silah sınaqdan çıxarıldı

Türkiyə Silahlı Qüvvələri "Atəş Sərbəst-2020" hərbi təlimlərinə start verib.

Publika.az-ın məlumatına görə, “Atəşin gücü” şüarı ilə reallaşdırılan fəaliyyətlər “Atəş Sərbəst-2020"ni ölkədaxili və sərhəddən kənar hərəkatlar aparan şanlı ordumuza, Vətənin müdafiəsində canını və qanını əsirgəməyən qəhrəman şəhid və qazilərimizlə, Qarabağda öz torpaqları uğrunda canı bahasına mübarizə aparan, “bir millət, iki dövlət” olaraq qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza ithaf edirik” anonsu ilə başlanıb.

TSQ-nın atış gücünü göstərmək, qüvvələr arasındakı atəş dəstəyininin koordinasiyasını inkişaf etdirmək məqsədilə gerçəkləşdirilən təlimə Quru, Dəniz və Hava Qüvvələri ilə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığından 1096 hərbçi qatılıb.

Təlimlərdə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin 4 yeni silahı sınaqdan keçirilib. Hərbi fəaliyyətlər çərçivəsində 37 silahla hədəflər məhv edilib.

Fəaliyyətləri Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Güler və digər hərbi rütbəli şəxslər izləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm