Ərdoğan əsəbiləşdi: "Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir ki..."
Bizi izləyin

Region

Ərdoğan əsəbiləşdi: "Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir ki..."

Bəzi amerikalılar İlham qardaşıma (Azərbaycan Respublikasının prezidenti – red.) zəng edib “biz sizin yanınızda kimin dayandığını bilirik. Ərdoğan var, Türkiyə var. Lazım gəlsə, sanksiya tətbiq edərik” deyirlər.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışında deyib.

Ərdoğan bildirib: “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün günahlandırıldıq. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et! Biz sizə F-35 üçün addım atdıq, pulunu ödədik, siz bizim F-35-lərimizi vermədiniz. S-400-ləri Rusiyaya geri göndərməyimizi istədiniz. Biz qəbilə dövləti deyilik. Türkiyəyik, Türkiyə!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm