Region
Türkiyədə COVID-19-a yoluxanların sayı 3,5 dəfə artdı

Bu gün 2017 yeni yoluxma faktı qeydə alınıb. Ağır və aktiv xəstə sayımız artmaqda davam edir. Bu gedişatı dəyişmək bizim əlimizdədir. Bir-birimizin haqqına hörmət etməli və qaydalara birgə riayət etməliyik.
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca rəsmi “Twitter” hesabında ölkədəki COVID-19-la bağlı son vəziyyət barədə açıqlamasında bildirib.
Məlumatda qeyd edilir ki, son 24 saat ərzində Türkiyədə ağır xəstə sayı 1744-ə yüksəlib, 112 min 215 nəfər COVID-19 testindən keçirilib ki, onlardan 2017-də xəstəlik aşkarlanıb. Bu müddət ərzində COVID-19 diaqnozu qoyulan 72 nəfər vəfat edib. 1297 nəfər sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə COVID-19-da sağalanların sayı 314 min 390-a yüksəlib.
Qeyd edək ki, Türkiyədə ümumi COVID-19 xəstələrinin 40 faizi İstanbuldadır. Qabaqlayıcı tədbirlər çərçivəsində İstanbulun demək olar ki, bütün xəstəxanalarda COVID-19 mərkəzləri yaradılıb.
Türkiyənin ən böyük şəhərlərindən olan İzmirdə də son 20 gün ərzində COVID-19-a yoluxanların sayı 3,5 dəfə artıb.

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi