İzmirdə həlak olanların sayı 76-ya çatdı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İzmirdə həlak olanların sayı 76-ya çatdı - VİDEO - (YENİLƏNDİ)

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə yüksəlib.

Bu barədə Publika.az ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir.

"Son məlumatlara görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 962 nəfər xəsarrət alıb", - agentliyin xəbərində bildirilir.

***

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 69-a çatıb.

Publika.az xəbər verir ki, yeraltı təkanlar zamanı 949 nəfər yaralanıb, onlardan 220 nəfərin müalicəsi davam edir.

Hadisə zamanı zədələnən və ya çökən binalardan 8-də axtarış-xilasetmə işləri davam edir. İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Bu tikililərin sökülməsinə qərar verilib.

Oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə 975 afterşok qeydə alınıb, onlardan 43-dən çoxu dörd baldan yuxarıdır.

***

Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd olunub ki, hazırda 218 nəfərin müalicəsi davam edir.

***

İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Prezident Rəcəb Tayyib Ərdoğan verib.

***

Türkiyənin İzmir şəhərində yeraltı təkan sonucunda ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.

Məlumata görə, zəlzələdə həlak olanların sayı 55-ə yüksəlib.

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

O bildirib ki, zərərin ən çox olduğu Bayraklıda 6 bina xarabalığa çevrilib: “7 bina qəzalı vəziyyətdədir, 9-u isə ciddi şəkildə ziyan görüb. 3 bina orta dərəcədə zədələnib, 260 bina daha az ziyan görüb. 586 binada isə heç bir ziyan olmadığı təyin edilib".

***

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

***

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

***

01:41

Türkiyənin İzmir bölgəsində zəlzələ qurbanlarının sayı artıb.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. Yaralı sayı 885 nəfərdir.

***

20:36

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Son məlumatlara əsasən, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 543 afterşok qeydə alınıb. Onlardan 37-si 4 baldan yüksək olub.

Hadisə yerini Türkiyənin vitse-prezidenti Fuat Oktay da ziyarət edib.

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə, yaralananların sayı isə 804 nəfərə çatıb.

Publika.az xəbər, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

31.10.2020, 00:32

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 17-ə, yaralıların sayı 709-a yüksəlib.

***

23:26

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

***

21:24

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.

***

19:31

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

Publika.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

***

16:39

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Publika.az xəbər verir ki, 6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına ciddi zərər dəyib.

Yerli vaxtla saat 14:51-də meydana gələn zəlzələ İstanbulda da hiss edilib.

Kandilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğunu açıqlayıb.

Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib.

İzmirin bələdiyyə sədri Tunç Soyer bir neçə çoxmənzilli binanın çökdüyünü açıqlayıb.

Səfərhisarda dəniz səviyyəsi yüksəlib.

Avterşokların davam etdiyi bildirilir.

Daxili İşlər naziri Süleyman Soylu Bornova və Bayraklı bölgələrində 6 binanın çökdüyünə dair xəbər aldıqlarını açıqlayıb.

Ətraf mühit naziri Murat Kurum dağıntılar altında qalanların olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ilk açıqlamanı sosial media hesabından verib: "İzmirdə meydana gələn zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimizin bütün imkanları ilə zərərçəkənlərin yanındayıq. Aidiyyəti bütün qurumlarımızla, nazirlərimizlə bölgədə lazımi işlərə başlamaq üçün hərəkətə keçdik”.

Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm