İzmirdə yenidən zəlzələ olacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Region

İzmirdə yenidən zəlzələ olacaq - XƏBƏRDARLIQ

6,6 bal gücündəki zəlzələ Tuzla Seysmik xəttində meydana gəlib. Bu xətt İzmirin şəhər mərkəzinə doğru uzanır. Bu hissədə də zəlzələ ola bilər.

Publika.az xəbər verir ki, bunu seysmoloji mütəxəssis, prosessor Naci Görür deyib.

Professor bildirib: “Zəlzələnin Tuzla Seysmik Xəttində meydana gəldiyini düşünürəm. Zəlzələ, görünüşə görə xəttin cənub-qərb istiqamətində olub. Bu xətdə 20-25 km uzunluğunda qırılma meydana gəlmiş ola bilər. Xəttin şimal ucu İzmirin şəhər mərkəzinə doğru uzanır. Əgər ehtimallarım doğrudursa, İzmirin şəhər mərkəzinə yaxın hissədə zəlzələ ola bilər. Bu tərəf də qırıla bilər. Nə zaman olacağı haqqında nəsə demək isə mümkün deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm