İzmirdən ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR - Bir ailənin cansız bədənini axtararkən... - FOTOLAR
Bizi izləyin

Region

İzmirdən ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR - Bir ailənin cansız bədənini axtararkən... - FOTOLAR

Türkiyədə 6.6 bal gücündə baş verən zəlzələdən sonra Egey bölgəsindəki yaşayış binalarının dağıntılarında axtarış və xilasetmə işləri davam etdirilir.

Publika.az xəbər verir ki, axtarış və xilasetmə qrupunun üzvlərindən olan Tahsin Kaymak uzun müddətdir çalışdığı dağıntıların altından ana, ata və 2 yaşlı övladlarının cansız bədənini çıxarmağa çalışır. O, fasilə müddətində göz yaşlarını saxlaya bilməyib və görüntülər hər kəsi təsirləndirib.

Tahsin Kaymak bildirib ki, 3 gündür yorğunluq hiss etmədən insanları xilas etməyə çalışırlar: “Buradakı son vətəndaşımızı da xilas etməyə çalışırıq. Ona görə də dayanmaq yoxdur, yorğunluq hiss etmirik. Bacardığımız yerə qədər, gücümüz çatdığı müddətcə çalışmağa davam edəcəyik. Dağıntı altında qalan bir vətəndaşımızı tapa bilmədik, amma ümidimiz var. Davam edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm