İzmirdə dağılan binalara görə 7 nəfər HƏBS EDİLDİ
Bizi izləyin

Region

İzmirdə dağılan binalara görə 7 nəfər HƏBS EDİLDİ

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.

Xatırladaq ki, oktyabrın 30-da baş verən zəlzələ nəticəsində 114 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm