İranda insident: 3 sərhədçi ÖLDÜRÜLDÜ
Bizi izləyin

Region

İranda insident: 3 sərhədçi ÖLDÜRÜLDÜ

İranın şimal-qərbində silahlı insident baş verib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 13.50-də Qərbi Azərbaycan əyalətində baş verib.

Naməlum silahlı şəxslər İran ərazisinə girməyə cəhd ediblər. Bunun qarşısı alınan zaman üç İran sərhədçisi həlak olub.

Polisin "İran inqilabı əleyhinə olan silahlı şəxslər" kimi təqdim etdiyi naməlum şəxslərlə atışma zamanı, təhlükəsizlik xidmətinin iki əməkdaşı da yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm