Türkiyədə növbəti dəfə zəlzələ oldu
Bizi izləyin

Region

Türkiyədə növbəti dəfə zəlzələ oldu

Bu gün Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:22-də qeydə alınıb. Zəlzələnin episentri Pülümür rayonunda, zəlzələ ocağı 10,06 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.

Qeyd edək ki, 3 həftə əvvəl Türkiyənin İzmir bölgəsində baş verən zəlzələ nəticəsində 116 nəfər vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm