Türkiyədə daha 5 PKK terrorçusu təslim oldu
Bizi izləyin

Region

Türkiyədə daha 5 PKK terrorçusu təslim oldu

Türkiyədə biri axtarışa verilən təhlükəli terrorçu olmaqla beş PKK mənsubu təhlükəsizlik qüvvələrinə təslim olub.

Publika.az Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, terrorçular təbliğat yolu əsasında təslim olmaq qərarına gəliblər. Bildirilir ki, 5-6 il əvvəl PKK sıralarına daxil olan bu şəxslər İraq ərazisində fəaliyyət göstəriblər. Onlar bir yerdə PKK-dan qaçmağa nail olublar.

Bununla da cari il yanvarın birindən bu tərəfə könüllü təslim olan terrorçuların say 202 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm