Ərdoğan AÇIQLADI: "Çətinliklər gələn il arxada qalacaq"
Bizi izləyin

Region

Ərdoğan AÇIQLADI: "Çətinliklər gələn il arxada qalacaq"

TOBB-un (Türkiyə Odalar və Borsalar Birliyi) Türkiyə İqtisadi Şurası işə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şuranın işində videoformatda iştirak edib.

Publika.az xəbər verir ki, ölkə baçısı çıxışında Türkiyədə həyata keçirilən islahatlara geniş yer ayırıb. İqtisadi müstəqilliyin qorunmasının vacibliyi və bu istiqamətdə həyata keçirilən çoxistiqamətli tədbirlər barədə fikirlərini bölüşən dövlət başçısı əminliklə bildirib ki, mövcud çətinliklər gələn il arxada qalacaq.

Təzyiqlərə baxmayaraq, sərmayə və iqtisadiyyat mühitində inkişafın davam etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, aparılan geniş islahatlar sayəsində yeni müəssisələrin yaradılması üçün şərtlərin yumşaldılmasına görə Türkiyə 27 pillə irəliləyərək 190 ölkə arasında 33-cü yerə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm