Ərdoğanın köməkçisi: Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması...
Bizi izləyin

Region

Ərdoğanın köməkçisi: Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması...

Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması ən azı Qarabağın azad edilməsi qədər dəyərlidir.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi İbrahim Kalın NTV kanalında söyləyib.

Onun sözlərinə görə, dəhlizin açılması olduqca əhəmiyyətlidir.

Kalın əlavə edib ki, münasibətlərin yaxşılaşdırılması bütün region, ilk növbədə Ermənistanın özü üçün faydalı olacaq.

Xatırladaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 9-cu bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təmin edilməsi haqqında razılıq əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm