Türkiyə ordusu bir aya 80 terrorçu MƏHV ETDİ
Bizi izləyin

Region

Türkiyə ordusu bir aya 80 terrorçu MƏHV ETDİ

"Pençe” kodu altında terrorçuluğa qarşı əməliyyatların müxtəlif mərhələləri çərçivəsində 2019-cu il mayın sonlarından bu günə kimi İraqda 348 terrorçu zərərsizləşdirilib"

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbçilərinin müvəffəqiyyətli əməliyyatları nəticəsində regionda bir ay ərzində 80 terrorçu zərərsizləşdirilib:

"Ordumuz təkcə son ay ərzində terrorçuluğa qarşı 31 əməliyyat keçirib Onlardan 8-i geniş miqyaslı olub. Terrorçulara qarşı əməliyyatlar İraqın şimalında da davam edir".

Nazirlik vurğulayıb ki, Türkiyə ordusunun hərəkətləri regionda terrorçuluq təhlükəsinin azalmasına gətirib çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm