Region
Çavuşoğludan "Qardaş Ermənistan" ifadəsini səsləndirən deputata ŞİLLƏ KİMİ CAVAB
Türkiyə Xalqların Demokratik Partiyası üzvü, TBMM-in Diyarbəkir millət vəkili Qaro Paylanın “Mənim bir xəyalım var: Türkiyənin “Qardaş Azərbaycan” dediyi kimi “Qardaş Ermənistan” da deyə bilməsidir” ifadələri Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəzəbləndirib.
Publika.az-ın məlumatına görə, Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin 2021-ci il üzrə Plan və Büdcə Komissiyasında millət vəkilinə sərt reaksiya verib.
“Bu günə qədər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilsin” dedinizmi? Heç vaxt “Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Ermənistan buradan çıxmalıdır” demədiniz”, - Çavuşoğlu deputata cavabında bildirib.
Çavuşoğlu Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatının imzalandığını xatırladaraq bu çərçivədə Türkiyənin yerində monitorinq, analiz, sənədləşdirmə və lazımi addımları atma, tədbirlər görmə mövzusunda Rusiya ilə əlavə razılaşma imzaladığını qeyd edib: “Ermənistan torpaqlardan çıxsa və normallaşma dövrü başlasa, Azərbaycan ilə birlikdə qərar verəcəyik. Birlikdə addım atacağıq. Bunu heç kim yadırğamasın. Normallaşma olsa, ən çox Ermənistan və xalqı bundan faydalanacaq. Başqasının torpaqları üzərində səltənət daimi olmaz”.
Zümrüd
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub