Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Bizi izləyin

Region

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 168 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O bildirib ki, gün ərzində 6814 nəfərdə koronavirus aşkarlanıb. 3911 xəstə isə sağalaraq evə buraxılıb.

Nazir hazırkı vəziyyəti acınacaqlı adlandırıb:

“Ağır xəstə sayımız 4641 nəfər olub. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir”.

Qeyd edək ki, Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm