Region
İranda nüvə alimi ÖLDÜRÜLDÜ - FOTO
İranın nüvə sahəsi üzrə fizika alimi Möhsün Fəxrizadə Tehran əyalətində qətlə yetirilib.
Publika.az TASS-a istinadla xəbər verir ki, məlumatı İranın Müdafiə Nazirliyi təsdiq edib.
Alim İranının Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri olub.
"Bu gün terrorçular Möhsün Fəxrizadəyə silahlı hücum ediblər. Həkimlər briqadası onun həyatını xilas edə bilməyiblər", - deyə nazirliyin məlumatında deyilir.
"Fars" agentliyinin məlumatına görə, alimə Damovənd rayonunda hücum ediblər. Atışma zamanı daha üç-dörd nəfərin ölə biləcəyi ehtimal olunur. Şahidlər hadisə yerində partlayış olduğunu da bildiriblər.
Bununla yanaşı, İranın Atom Enerjisi üzrə Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi ölkədə nüvə enerjisi sahəsində çalışan bütün alimlərin sağ olduğunu açıqlayıb.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov