Ərdoğan: Dağlıq Qarabağdan Suriyaya qədər...
Bizi izləyin

Region

Ərdoğan: Dağlıq Qarabağdan Suriyaya qədər...

“Biz İslam ümmətinin isməti, namusu, göz bəbəyi olan Qüdsün haqqını canımız bahasına müdafiə etmək məcburiyyətindəyik. Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər İslam coğrafiyasının müxtəlif bölgələrindəki problemlərə bu anlayışla yanaşırıq. Zalımlar qarşısında dik durur, sağlam durur, məzlumun kimliyinə baxmadan əlindən tuturuq”.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Müsəlman Cəmiyyətinin 23-cü İllik Konqresində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, ümmətin bir fərdi olaraq ailələri və qonşuları ilə birlikdə milyardlarla müsəlman qardaşın məsuliyyətini daşıyır: “Terror təşkilatları ilə amansız mübarizə apararkən müqəddəslərimizə qarşı hörmətsizliklər qarşısında reaksiyamızı göstərməkdən çəkinmirik. Əsrlərdir fərqli inanc və mədəniyyətlərə ev sahibliyi edən ölkə olaraq etnik və məzhəb qaynaqlı münaqişələrin qarşısını almaq üçün çalışırıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm