Türkiyədə 9 saatlıq komendant saatı TƏTBİQ EDİLDİ
Bizi izləyin

Region

Türkiyədə 9 saatlıq komendant saatı TƏTBİQ EDİLDİ

Türkiyədə yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində yeni qadağa qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadağaya əsasən 81 əyalətdə həftə sonları 9 saatlıq komendant saatı tətbiq ediləcək.

"Yeni qərar verilənə qədər həftə sonları səhər saat 10:00-a qədər və axşam saat 20:00-dan sonra küçəyə çıxma qadağası qüvvəyə minir. İstehsal və təchizat sahələri bu məhdudiyyətdən azad edilir", - deyə nazirlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm