
20 il müddətində düşmən Möhsün Fəxrizadəni öldürməyə çalışsa da, uğursuz oldu.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.
“Çünki İran kəşfiyyatı həmişə Fəxrizadəyə hücum ehtimalını dəqiq şəkildə proqnozlaşdırıb. İyirmi il ərzində ona sui-qəsd edilməsi barədə bir neçə dəfə məlumat əldə etsək də, bu, təsdiqini tapmamışdı. Ancaq bu dəfə onlar istədiklərinə nail oldu. Çünki əlimizdə sui-qəsdlə bağlı yeni məlumat olsa da, biz bunu ciddiyə almadıq”, - Şəmxani bildirib.