
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca əhalinin koronavirus əleyhinə peyvənd olunacağı tarixi açıqlayıb.
Publika.az xəbər verir ki, naziri bu barədə NTV telekanalına məlumat verib.
O bildirib ki, dilk növbədə səhiyyə sahəsinin əməkdaşları, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar:
"Türkiyəyə ilk koronavirus peyvəndlərinin dekabrın 11-də gətiriləcəyi gözlənilir. Peyvəndlər Çin istehsalıdır. Əhalinin koronavirus əleyhinə peyvənd olunmasına elə dekabrın 11-dən başlanılacaq".