Paşinyan yenə BİABIR OLDU, üzr istədi - - VİDEO
Bizi izləyin

Region

Paşinyan yenə BİABIR OLDU, üzr istədi - - VİDEO

Hər çıxışı ələ salınan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də biabır olub.

Publika.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin iştirakı ilə videokonfrans şəkilində keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin sözü Nikol Paşinyana verib.

Elə ilk cümlələrində anormal hərəkətləri ilə diqqət çəkən Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı danışmağa cəhd edib və elə bu anda onun qarşısında olan mikrofonun səsi xışıldamağa başlayıb və birədəfəlik itib.

O, texniki problemə görə üzr istəyib, Putin isə “eybi yox, biz dinləyirik” deyib. Erməni Baş nazir ciblərində olan telefonları və digər elektron cihazları çıxararaq kənara qoyub, bundan sonra o, çıxışına davam edib.

Paşinyan çıxışında bildirib ki, 44 günlük müharibə boyu Putinlə mövcud vəziyyətlə bağlı mütəmadi təmasda olub. İtkin erməni əsgərlərinin axtarışı və müharibə əsirlərinin, yaralıların və cəsədlərin dəyişdirilməsi ilə bağlı Putinlə bu gün də danışıqlar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm