Ərdoğan Makronun cavabını Əliyevin SÖZLƏRİ İLƏ VERDİ: Erməniləri bu qədər sevirsə...
Bizi izləyin

Region

Ərdoğan Makronun cavabını Əliyevin SÖZLƏRİ İLƏ VERDİ: Erməniləri bu qədər sevirsə...

“Dəyərli qardaşım İlham Əliyevin fransızlara tövsiyəsi oldu: erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, Emmanuel Makron Fransanın başına bəladır: “Fransa çox təhlükəli dövr yaşayır. "Sarı jiletlilər"dən xilas ola bilməyəcək. Bu "sarı jiletlilər" daha sonra "qırmızı jiletlilə"rə çevrilə bilər. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm