Ərdoğanın Bakı səfərində 2 KRİTİK MƏSƏLƏ - Əliyevlə birgə...
Bizi izləyin

Region

Ərdoğanın Bakı səfərində 2 KRİTİK MƏSƏLƏ - Əliyevlə birgə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 dekabrda baş tutacaq Bakı səfərinin gündəmindən bəzi təfərrüatlar məlum olub.

Publika.az xəbər verir ki, Azadlıq Meydanında Vətən müharibəsinə həsr olunan paradda iştirakı nəzərdə tutulan Türkiyə prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə Qarabağda döyüşən qəhrəman əsgərləri salamlayacaq.

Ərdoğan Qarabağda təhlükəsizliyin daimiliyində Türkiyənin Azərbaycana dəstəyini şəxsən təqdim edəcək.

Paraddan sonra gündəm məsələ Türkiyə-Naxçıvan xətti olacaq. Dağlıq Qarabağ zəfərinin ən əhəmiyyətli qazanclarından biri olan Naxçıvan dəhlizinin qurulması və Azərbaycanla Türkiyənin quru yolunun birləşdirilməsi masadakı ən əhəmiyyətli mövzudur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm