İran peyvənd ala bilmir - SƏBƏB
Bizi izləyin

Region

İran peyvənd ala bilmir - SƏBƏB

İran COVID-19 peyvəndi ala bilmir.

Publika.az xəbər verir ki, buna səbəb olaraq ABŞ-ın maliyyə sanksiyaları göstərilir.

İran Mərkəzi Bankının rəhbəri Əbdünnəsr Himməti sosial media hesabından verdiyi açıqlamada ABŞ sanksiyalarının peyvənd almağa əngəl törətmədiyi iddialarını təkzib edib: “Peyvənd rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən alınmalıdır. Bunun üçün hər növ ödəniş və pul transferi yolunu sınadıq, amma ABŞ hökumətinin insanlıqdankənar sanksiyaları və ABŞ Maliyyə Nazirliyinin Xarici Mülklərin Mühafizəsi Ofisinin lisenziyasını almaq məcburiyyəti səbəbilə əngəllərlə qarşılaşdıq”.

Qeyd edək ki, ABŞ 7 avqust 2018-ci ildə İranın maliyyə sektoruna qarşı birtərəfli sanksiya tətbiq etməyə başladı. Daha sonra İran Mərkəzi Bankı da sanksiya siyahısına daxil edildi. Bundan sonra rəsmi Tehran beynəlxalq ticarətdə problemlər yaşamağa başladı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm