Türkiyədə AİLƏ FACİƏSİ: Bir ayda beş nəfər koronavirusdan öldü
Bizi izləyin

Region

Türkiyədə AİLƏ FACİƏSİ: Bir ayda beş nəfər koronavirusdan öldü

Türkiyədə Rizə vilayətində Gənc ailəsinin bəzi üzvləri koronavirusa yoluxublar.

Publika.az "Haber Global"a istinadla xəbər verir ki, təxminən bir ay əvvəl 24 yaşlı Burak Gənc xəstəlik səbəbi ilə ölüb.

Onun ölümündən dörd gün sonra atası, 49 yaşlı Məhəmməd Gənc də vəfat edib. Ata-oğul ailə qəbiristanlığında yan-yana dəfn edilib.

4 dekabrda Məhəmməd Gəncdən sonra, onun böyük qardaşı, 53 yaşlı İbrahim Gənc də ölüb.

Gənc ailəsindəki 15 nəfərdən 12-si bu xəstəliyə yoluxub.

Təxminən 10 gün əvvəl 36 yaşlı Bünyamin Gənc də ölüb. Bu dövrdə xəstəxanada COVID-19-dan müalicə olunan 58 yaşlı atası Əli Gəncdən oğlunun ölümü xəbərini gizlədiblər.

Gənc ailəsi bu gün koronavirus səbəbi ilə beşinci faciəni yaşayır. Oğlunun ölüm xəbəri ondan gizlədilən Əli Gənc də, oğlu və qardaşları ilə eyni xəstəlikdən müalicə aldığı xəstəxanada həyatını itirib.

Gənc ailəsinin bəzi üzvlərinin koronavirusdan müalicələrini davam etdikləri bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm