Türkiyədə iranlı agentlərə qarşı xüsusi əməliyyat - 12 nəfər həbs edildi
Bizi izləyin

Region

Türkiyədə iranlı agentlərə qarşı xüsusi əməliyyat - 12 nəfər həbs edildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı ölkədəki iranlı agentlərə qarşı xüsusi əməliyyat keçirib.

Publika.az xəbər verir ki, İran kəşfiyyatına işləyən narkotik qaçaqçısı Naci Şərifi Zindaşti və 11 nəfər yaxalanıb.

İran rejiminə müxalif "Əl-Əhvaziyyə" təşkilatının lideri, Ərəb Mübarizəsi Hərəkatının (ASMLAL) İsveçdəki qolunun sabiq lideri Həbib Fərəcallah Çaabın narkotik baronu Zindaştinin təlimatı əsasında kəşfiyyat tərəfindən qaçırılaraq İrana təslim edildiyi ortaya çıxıb.

Belə ki, Həbib Fərəcallah Çaab 9 oktyabrda Stokholm hava limanından İstanbula gəlib. 18:30-da pasport nəzarətindən keçib. 18:49-da çamadanını götürüb və 19:42-də hava limanından çıxıb. 15 oktyabrda isə İsveçə geri qayıdacaqmış.

Əvvəlcə Çaabın görüşəcəyi İrandan İstanbula gələn kəşfiyyat agenti Saberin Səidi Zindaştinin komandası ilə birlikdə hərəkət edib. Saberin-Çaab görüşü gerçəkləşib. Zindaştinin cani komandası görüşdən əvvəl plastik qısqac və bezdən istifadə edərək qaçırdıqları Çaaba yuxu dərmanı verib. Ardınca qaçaq yollarla İrana keçirib.

İran mətbuatı bu xəbəri yayıb. Hərəkətə keçən kəşfiyyat bölmələri Zindaştinin Türkiyədəki komandasını saxlayıb. Onlar həbsə göndərilib.

Faktlarla bağlı İstanbul Baş Prokurorluğunda istintaq davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm