Rusiyadan Dağlıq Qarabağla bağlı 2 milyonluq İANƏ
Bizi izləyin

Region

Rusiyadan Dağlıq Qarabağla bağlı 2 milyonluq İANƏ

Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə Dağlıq Qarabağdakı münaqişənin humanitar nəticələrini həll etmək üçün 2 milyon İsveçrə frankı ianə edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya hökumətinin qərarına uyğun olaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinin həlli ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 2 milyon İsveçrə frankı məbləğində könüllü ianə edilib", - deyə məlumatda vurğulanıb.

Bu istiqamətin Rusiya Federasiyası ilə BQXK arasında səmərəli əməkdaşlığın prioritetlərindən birinə çevrildiyi qeyd olunub: "Ölkəmiz mülki əhaliyə yardım göstərmək və bölgənin mülki infrastrukturunu bərpa etmək üçün genişmiqyaslı səylər göstərir. Komitə ilə qarşılıqlı fəaliyyətə hazırıq və ümid edirik ki, BQXK səlahiyyətləri daxilində olan sahələrdə səmərəli işləməyə davam edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm