İranda qar uçqunu: ölü sayı 11-ə yüksəldi - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İranda qar uçqunu: ölü sayı 11-ə yüksəldi - (YENİLƏNDİ)

Tehrandakı qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

***

İranın paytaxtı Tehranın şimalında baş vermiş qar uçqunu zamanı həlak olanların sayı 10-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli televiziyaya kanalları informasiya yayıb.

"Hazırda dağlıq ərazilərdə doqquz meyit aşkar edilib, daha bir nəfər xəstəxanada ölüb", - xəbərdə deyilir.

İranda son günlər hava şəraiti pisləşib: çovğunlar daha da güclənib, güclü külək əsir, qar yağır.

***

17:07 - 26.12.2020

İran paytaxtı Tehranın şimal hissəsinə güclü qar yağması fəlakətə səbəb olub.

Publika.az xəbər verir ki, qar uçqunu nəticəsində ən azı 6 nəfər ölüb.

Qeyd edək ki, son günlərdə İranın bir çox bölgəsində çovğun hökm sürür.

İtkin düşənlərin olduğu da bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm